VİDEO GALERİ
FOTO GALERİ
KÜNYE
FİRMA REHBERİ
İLAN REHBERİ
BİZE ULAŞIN
YAZARLAR
H24HBR

@ Haber Tarihi : 18 July 2020 00:24:08

0 Yorum

Kez Okundu.

"Türkiyə və Azərbaycan yenə də həmrəylik göstərəcək"

"Türkiyə və Azərbaycan yenə də həmrəylik göstərəcək"

 Dış politika Doğan Bekin/ "Türkiyə və Azərbaycan yenə də həmrəylik göstərəcək"

 

Doğan Bekin: "Azərbaycana edilən bu hücumu biz özümüzə qarşı edilmiş kimi qəbul edirik" “Türkiyə və Azərbaycan hər zaman olduğu kimi yenə də həmrəylik nümayiş etdirəcək”. Bu sözləri Versus.Az-ın Türkiyədəki əməkdaşına açıqlamasında Yenidən Rəfah Partiyası sədrinin xarici əlaqələr üzrə müavini Doğan Bekin son günlərdə Ermənistanın regionda sabitliyi pozmaqla bağlı cəhdlərini dəyərləndirərkən deyib.

Doğan Bekin bildirib ki, dünyada qloballaşma istəyən qüvvələrin Cənubi Qafqazda qarışıqlıq yaratmaq istəyən, Azərbaycanın ərazi bütövlüyünə yönələn Ermənistan vasitəsi ilə həyata keçirdikləri hücum Cənubi Qafqazı Balkanlaşdırma, Türklərin və müsəlmanların yaşamadığı bir region halına gətirmə planının tərkib hissəsidir.

O, özəlliklə Türkiyənin Suriya və Liviyada dünyanı idarə etmək iddiası olan qüvvələrə qarşı mübarizə apardığını vurğulayaraq, bu hücumu da həmin planın əvvəlcədən müəyyənləşdirilmiş ssenarisinin təbii nəticəsi olduğunu sözlərinə əlavə edib: “Amma çox şükür ki, azərbaycanlı qardaşlarımız prosesə dərhal müdaxilə etdilər, lazımi cavabı verdilər, ermənilər də, onların arxasında dayanan qüvvələr də bu planlarının heç olduğunu anladılar.

Gedən döyüşlərdə şəhid olan on iki igid Azərbaycan övladının əziz xatirələrinin qarşısında sayğıyla baş əyib hamısına uca Allahdan rəhmət diləyirəm. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycana edilən bu hücumu biz özümüzə qarşı edilmiş kimi qəbul edirik.

https://www.4x4bet123.com/ https://www.4x4bet123.com/

Ermənistanın ordumuza və mülki vətəndaşlarımıza qarşı törətdiyi bu vandallıq aksiyası qarşısında dayanaraq, ona öz etirazımızı bildirərək sonuna kimi Azərbaycanın yanında olduğumuzu vurğulayırıq. Azərbaycanın ərazi bütövlüyünə qarşı həyata keçirilən hücumları görməyən, hər zaman hadisələrə ikili standartlarla yanaşan beynəlxalq ictimaiyyəti də artıq həqiqətləri görməyə çağırırıq.

Beynəlxalq ictimaiyyətin diqqət etməli olduğu bir məqamı da xüsusi ilə vurğulamaq istəyirəm ki, Ermənistan Azərbaycanın ərazilərinin 20 % -ni işğal edib, bu gün həmin işğaldan vaz keçməli olduğu halda, yenidən yeni torpaqlar işğal etməyə cəhd göstərir.

Bu dönəmdə bu kimi özəllikləri diqqətə alaraq Türkiyə eyni ilə Suriyada, Liviyada olduğu kimi Azərbaycanın hər zaman olduğu kimi yanında olacaq.

Tarixi faktlara da diqqət etsək görəcəyik ki, hətta bu gün Ermənistan dövlətinin paytaxtı olan İrəvanın belə əhalisinin böyük əksəriyyəti Azərbaycan türklərindən meydana gəlib. Lakin sonradan imperialist qüvvələrin təzyiq və təşviqləri ilə bu bölgə də erməniləşdirilib.

Biz bunları bilirik, izləyəcəyimiz siyasəti də məhz bu istiqamətdə formalaşdırırıq. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycana qarşı edilən hücum Türkiyəyə edilən hücumdur və nəticəsiz qalacaq.

Türkiyə və Azərbaycan dövlətləri bir bütün olaraq düşməninə qalib gələrək Cənubi Qafqazda sülhün və sabitliyin qalib gəlməsini təmin edəcəkdir”.

Henüz Bu Haber İçin Yorum Yapılmamış
Adınız Soyadınız
Güvenlik Kodu
BENZER HABERLER